Ballarınızı 1 dəqiqəyə hesablayın və Almaniyada iş tapma şansınızı yoxlayın
Chancenkarte (Fürsət Kartı) — 2024-cü ilin iyununda qüvvəyə minmiş yeni Almaniya vizasıdır. Bu viza sizə Almaniyaya iş təklifi olmadan 1 il müddətinə gəlmək, iş axtarmaq, müsahibələrə getmək və həftədə 20 saata qədər part-time işləmək imkanı verir.
Chancenkarte almaq üçün minimum 6 bal toplamaq lazımdır (ixtisas, təcrübə, yaş, dil bilikləri, Almaniya ilə əlaqə kateqoriyalarında).
İlkin Əlibəyli Mentorship proqramı ilə sizə kömək edə bilər. Almaniyada artıq 8 ildən çox İT sahəsində çalışır, özü işə götürür və CV-dən tutmuş ofer danışıqlarına qədər real təcrübə bölüşür.
ImproveCv.pro-dan istifadə etməyi tövsiyyə edirik — alman iş bazarına uyğun format və açar sözlər.
| Xərc maddəsi | Məbləğ |
|---|---|
| Viza müraciət haqqı | 75 € |
| Sperrkonto (komissiya) | 50-150 € + 13 092 € depozit |
| ZAB Zeugnisbewertung (lazım olarsa) | 200 € |
| Apostil / andlı tərcümələr | 100-300 € |
| Sığorta (1 il üçün) | 600-1 200 € |
| Bilet + ilkin xərclər | 1 000 €+ |
| Cəmi ilkin (depozit qayıdır) | ~2 000-2 500 € + 13 092 € |
Bəli — həyat yoldaşı və yetkinlik yaşına çatmamış uşaqlar Familiennachzug ilə eyni vaxtda gələ bilər. Həyat yoldaşı da part-time işləyə bilər.
Viza bitir və Almaniyanı tərk etməlisiniz. 6 aydan sonra yenidən müraciət edə bilərsiniz.
Bəli, əgər Anabin-də H+ statusundadırsa və ya ZAB tərəfindən tanınıbsa.
arbeitsagentur.de saytında Fachkräfteengpassanalyse bölməsi. Hazırda siyahıda: həkimlər, tibb bacıları, IT mütəxəssisləri, mühəndislər, elektriklər, santexniklər, aşpazlar, MINT müəllimləri.